Hamıya xəbər ver: Twitter, Facebook İlk Sosial Yeniliklər Düşərgəsi (London, 4-6 aprel, 2008) Yanq Fondunda keçrilmişdir və mükafatı Enabled by Design qazanmışdı. Bu sayt qəza nəticəsində yaralanan, xəsarət alan insanlara öz həyatlarını nizama salmaq istəyənlər üçün nəzərdə tutulmuşdu. Tədbirə təqdim edilmiş ideyaları, seçilmiş qalibləri və tədbir haqqında qısa filmi Sizə təqdim edirik: Növbəti Sosial Yeniliklər Düşərgəsi də 8 ay sonra (dekabr, 2008) yenə də Londonda keçirildi: Daha 6 ay sonra növbəti bu tipli düşərgə 2009-cu ilin iyununda Qlazqoda (Şotlandiya) keçirildi.
Regionumuzda ilk Sosial Yeniliklər Düşərgəsi 2010-cu ilin aprelinde Tbilisidə keçirilib (SICamp Caucasus) və bu düşərgəyə Azərbaycan, Gürcüstan və Ermənistandan olan iştirakçılar qatılıblar:
Ötən il Avstraliyada da Sosial Yeniliklər Düşərgəsi keçirildi və 8 ideya düşərgəyə dəvət olundu. Bundan başqa Sosial Yeniliklər Düşərgəsi Koreyada, Slovakiyada, Nigeriyada, Çexiyada da təşkil olunub. İndiyə kimi baş tutmuş bütün SYD-lərin siyahısı burada var.
Sosial Yeniliklər Düşərgəsi haqqında daha çox məlumat əldə etmək üçün Sosial Yeniliklər Düşərgəsinin saytına və Vikipediyadakı Sosial Yeniliklər Düşərgəsi haqqında ingiliscə məqaləyə baxa bilərsiniz. |





